"Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli qəzaya düşüb, qolu qopub.
RePost.Az xəbər verir ki, hadisə gecə Heydər Əliyev prospektində qeydə alınıb.
N. Mütəllimov idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli saytımıza açıqlamasında bildirib ki, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.
Bundan başqa hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşını da avtomobil vurub, ayağından xəsarət alıb.
TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan vətəndaş Şakirli Nicat (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Qəza nəticəsində 1 həkimə qədər ölüm qeydə alınıb.
Artıq ölən şəxsin Nikosayağı adı ilə tanınan bloqer Nicat Mütəllimovun törətdiyi yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi bilinib.
Mərhumun Gəncədəki “İmperial” şadlıq sarayı və istirahət mərkəzinin sahibinin oğlu Ruslan Məmmədov olduğu bildirilir.
Bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov oğlunun hazırda reanimasiyada olduğunu bildirib:
“Nicatın qolu amputasiya olunub. Hələ ki reanimasiyadadır. Hadisədən biz sonradan xəbər tutduq. O, dostu ilə şəhərə gedirmiş, TIR-ın altına giriblər. Mərdəkan tərəfdən gəlirmişlər. Maşında iki nəfər olublar. Dostu rəhmətə gedib. Allah rəhmət eləsin!”
Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başladılıb.