Dövlət İmtahan Mərkəzi 27 may və 11 iyun tarixlərində ənənəvi (kağız daşıyıcılar vasitəsilə) üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyənlərə müraciət edib.
RePost.Az DİM-ə istinadən xəbər verir ki, 27 may və 11 iyun tarixlərində ənənəvi (kağız daşıyıcılar vasitəsilə) üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində yeni istifadəçi kimi qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib ənənəvi üsulla keçirilən sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.
Sınaq imtahanlarına yazılış tarixləri barədə əlavə məlumat veriləcək.
RePost.Az