Dünən Xəzərdə Neft Qaz Çıxarma İdarəsinin Tikinti Trestində iki nəfərin beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşmələri nəticəsində boğularaq ölmələri faktı araşdırılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, avqust 24-də Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi Tikinti Trestinin 7 saylı tikinti bölməsinin qaynaqçısı 1984-cü il təvəllüdlü Şamo Nərmanov və həmin bölmənin quraşdırıcısı 1960-cı il təvəllüdlü Şirvan Ağaməmmədovun Xəzər Dənizində yerləşən platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşmələri və nəticədə boğularaq ölmələri faktı ilə bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.