Qarabağdakı erməni quldurlarının başçısı Araik Arutunyan istefa verib.
 
Bu barədə Araik Arutunyan “Facebook” hesabında yazıb.
 
Araik Arutunyan bildirib ki, istefasını sabah rəsmiləşdirəcək.
 
Arutunyan bu gün Qurgen Nersisyanı “dövlət naziri” vəzifəsindən kənarlaşdırdığını, onun yerinə “Təhlükəsizlik Şurasının katibi” Sergey Şahramanyanı geniş səlahiyyətlərlə “dövlət naziri” təyin etdiyini açıqlayıb.

Separatçılar Arayikin istefasını hər şeyin sonu adlandırıblar. Vardan Arutyunyan qeyd edib ki, Azərbaycanın əsas tələbi Arayikin istefa verməsi idi. İstədiklərinə də nail olsular. "Arayik Hər birimizə xəyanət etdi", - deyə separatçı qeyd edib.

Baxış sayı: 6506 | Tarix: 31.08.2023
Bizi Telegramda izləyin: @repostaz