Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin üzvləri artıq Ermənistandadırlar.
 
Ermənistan mediasının məlumatına görə, bunu erməni müxalifət lideri, “Milli demokratik qütb” hərəkatının nümayəndəsi Jirayr Sefilyan bildirib.
 
Onun sözlərinə görə, bu, etibarlı məlumatdır.
“Vaqner”çilərin Ermənistana gəlməsi ilə bağlı xəbərlər var. Bu, etibarlı məlumatdır. Hətta onların harada yerləşdiyini də bilirik, onlara rəhbərlik edən şəxsin üç gün əvvəl “Ani” hotelində kiminlə görüşdüyü də bizə məlumdur. Bunlar tanınmış simalardır, amma indi adlarını çəkməyəcəyəm”, - deyə Sefilyan bildirib.\\oxu.az

Baxış sayı: 10097 | Tarix: 04.09.2023
Bizi Telegramda izləyin: @repostaz