Bakıda meyxanaçı yüksək dozada narkotik maddə qəbul etməsi səbəbindən ölüb.
RePost.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, A.Şərifzadə küçəsində yaşayan 1979-cu il təvəllüdlü İslamov Əlislam Nuru oğlu yüksək dozada narkotik maddə qəbul edərək dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal Rayon Şöbəsinə təhvil verilib.