İsrailin “Globes” nəşrində “Israel Aerospace conducts missile trial in Azerbaijan” (İsrailin Aerospace şirkəti Azərbaycanda raket sınaqları keçirib) adlı məqaləsində deyilir. Nəşr yazır ki, “İsrailin “Barak MX” raket ələ keçirmə sisteminin nümayişi Azərbaycanla münaqişədə Ermənistanı dəstəkləyən İrana mesaj kimi də şərh edilə bilər.
“Israel Aerospace Industries” (IAI) “Barak MX” raket ələ keçirmə sisteminin nümayiş etdirmə əməliyyatlarını uğurla başa çatdırıb. Şirkət sınaq təlimlərinin hansı ölkədə keçirildiyini açıqlamasa da, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, sınaq Azərbaycanda keçirilib. Azərbaycanda “Barak MX” “Yıldırım” adlanır.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, bu, ölkənin hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi məqsədilə planlaşdırılmış təlimdir. Azərbaycanın beynəlxalq hüquq normalarına görə Ermənistanın işğalı altında olan geniş ərazilərini azad etdiyi II Qarabağ müharibəsində əldə etdiyi uğurlardan təxminən üç il sonra Cənubi Qafqaz regionunda vəziyyət yenidən gərginləşib. Nəşr yazır ki, İran münaqişədə Ermənistanın tərəfindədir və İranın İnqilab Keşikçiləri Azərbaycana hədələyir.
“Barak MX” təyyarə, helikopter, pilotsuz uçuş aparatları və raketlər də daxil olmaqla, geniş çeşiddə hava platformaları və silahlardan yüksək keyfiyyətli müdafiəni təmin edən sistemdir. Sistem gecə-gündüz və istənilən hava şəraitində işləyə bilən dəniz və quru versiyalarına malikdir. O, çoxlu sayda eyni vaxtda təhlükələr də daxil olmaqla, mürəkkəb döyüş meydanı ssenarilərini uğurla idarə edə bilir.
IAI-nin baş direktoru Boaz Levi bildirib ki, "Barak” sistemi çox funksiyalıdır və müxtəlif hava təhdidlərinin optimal şəkildə qarşısının alınmasına imkan verir.
Elbəyi Həsənli, Sürix