Bu tədris ilində 133 mindən artıq şagird I sinfə gedir. Ümumilikdə isə 1,5 milyon şagird ümumi təhsil müəssisələrində təhsilini davam etdirəcək.
 
Bunu Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə elm və təhsil naziri Emin Əmrulayev bildirib. O qeyd edib ki, Füzulidə hazırda 160-a yaxın şagird təhsil alır:
 
“Çox sevindirici haldır, qürurlu bir gündəyik ki, Füzuli şəhərinin Mirzə Uluqbəy adına 1 nömrəli məktəbdə, Laçın rayonunun 2 saylı məktəbində açılışlar oldu. Hazırda burada 160-a yaxın şagird təhsil alır. Amma hər gün artır. Çünki bu gün də Füzuli şəhərinə əhalinin köçü baş tutdu. Yəqin ki, tədris ili ərzində bu say 400-ə çatacaq. Eyni zamanda, Laçın şəhərində də 140-a yaxın şagirdimiz var. Orada da artım gözləyirik”.

Baxış sayı: 8045 | Tarix: 15.09.2023
Bizi Telegramda izləyin: @repostaz