Azərbaycan hərbçiləri Xankəndinin girişində qoyulmuş tank abidəsini söküblər. 
 
Bu tank 1992-ci ildə Şuşaya daxil olmağa cəhd edib. Tank Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən vurulub və içindəki bütün şəxsi heyət məhv edilib. Ermənilər itirdikləri həmin hərbçiləriun xatirəsinə tankı Xankəndinin girişində, üzü Şuşa istiqamətində abidə kimi saxlayıblar. 31 il sonra isə Müzəffər Azərbaycan Ordusunun hərbçiləri həmin tankı götürüblkər və ehtimal edilir ki, abidə Bakıya Qənimətlər Parkına gətirilir. 
 
 

Baxış sayı: 4283 | Tarix: 22.09.2023
Bizi Telegramda izləyin: @repostaz