Bilirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb və yaxın günlərdə baş nazirin müavini Xankəndiyə səfər edəcək. 
 
Bəs İşçi qrupunun rəhbəri niyə Şahin Mustafayev təyin edilib? 
 
RePost.Az xəbər verir ki, Şahin Mustafayev Ermənistanın Noveberyan rayonunun Cucevan kəndində anadan olub. Erməni dilində təhsil alıb, orta məktəbi qızıl medalla bitirib. Ali təhsilini də İrəvanda erməni dilində alıb. Şahin Mustafayev erməni dilini, ədəbiyyatını və tarixini mükəmməl bilir. Ermənilər də Şahin Mustafayevi çox sevir və hörmət edirlər. Hətta onun haqqında "Qızıl medalçı Şahin Mustafayev" adlı sənədli film də çəkiblər.

Həmin filmə bu keçiddə baxa bilərsiz.
 


Baxış sayı: 8501 | Tarix: 27.09.2023
Bizi Telegramda izləyin: @repostaz