Azərbaycanlı müğənni  Afaq Aslan özünü aktrisa kimi də sınamaq qərarına gəlib.
 
RePost.Az xəbər verir ki, BAKU.WS-ə açıqlama verən ifaçı, tamaşaçıların bundan sonra onu fərqli bir ampluada görəcəyini bildirib: "Hər zaman yaxşı mənada insanları şoka salmağı bacarıram. İncəsənət mənim həyatımın tam hissəsidir. Bu sahənin müxtəlif növlərində özümü sınamışam. Modellik, ifaçılıq, indi də aktrisalıq. Filmə çəkilməyi mənə bir neçə ay öncə təklif etmişdilər. Qərarımı verdim, artıq filmin məşqlərinə başlamışıq. Onu da bildirim ki, bu serial özəl telekanallarımızın birində yayımlanacaq. Mən də killer qadın obrazını canlandıracam”. 
 
Şəxsi həyatından da danışan A.Aslan yenidən ailə qurmaq barədə fikirləşmədiyini də dilə gətirdi: "Mənim üçün ailə qurmaq heç bir problem deyil. Günü bu gün ərə gedərəm. Özü də məmur oğluna, oliqarxa. Sadəcə müvəqqəti evlilik mənə görə deyil. Ailə qursam, bu daimi olacaq. Hələki başım yaradıcılıq işlərimə qarışıb, ailə qurmağa vaxtım yoxdur”.
 
İfaçı onu da əlavə edib ki, yeni fotosessiya da etdirib: "Hər zaman fərqli fotosessiyalara mən imza atmışam. Şəkillərimə görə məni tənqid edənlər çox olub. Amma mən sıradan biri deyiləm, indi də fotoqraf Azər Ağalarov yeni şəkillərimi çəkib, tənqid eləsinlər, fikir də vermirəm. Tənqidlərə məruz qalıramsa, demək ki, insanların marağına səbəb olmuşam. Maraqsız olsaydım, bu sahədə atdığım addımlar müzakirə olunmazdı”.
 
RePost.Az

Baxış sayı: 5993 | Tarix: 03.04.2017
Bizi Telegramda izləyin: @repostaz