Bakının montin qəsəbəsində 2 nəfərin ölümü bir nəfərin yaralanması ilə nəticələnən qətl hadisəsi baş verib.
 
RePost.Az xəbər verir ki, qəsəbə sakini Lətifə Qasımovanın yaşadığı evə gələn Azər Nəriman oğlu Cəfərov Lətifə Qasımovaya bıçaqla xəsarət yetirib, onun övladları – 2001-ci il təvəllüdlü Saqil Səxavət oğlu Qasımzadə və 1991-ci il təvəllüdlü Fərizə Səxavət qızı Qasımzadəni boğaz nahiyəsini kəsməklə qətlə yetirib. Həmin şəxs daha sonra evdən 207 ABŞ dolları və 250 manat pulu götürərək hadisə yerini tərk edib.
 
Hadisə haqqında yeni təfərrüatlar və ailənin iki gənc üzvü Saqil Səxavət oğlu Qasımzadə və Fərizə Səxavət qızı Qasımzadənin fotoşəkillərini əldə edilib.
 
Qeyd edək ki, zərər çəkən Qasımovlar ailəsi, Kəlbəcər rayonundan olan keçən il Xəzərdə baş vermiş yanğın nəticəsində həlak olmuş İman Qasımovun qardaşının ailəsidir.
 
RePost.Az

Baxış sayı: 4150 | Tarix: 03.04.2017
Bizi Telegramda izləyin: @repostaz