Qarabağın Azərbaycanın ərazi bütövlüyünə daxil olması Avropa, eyni zamanda, beynəlxalq ictimaiyyət üçün heç bir zaman sual doğurmayıb.
 
APA xəbər verir ki, “The Guardian“da dərc edilmiş məqalədə belə qeyd olunub.
 
Məqalədə Qarabağın Azərbaycana reinteqrasiyasına qarşı çıxmaq üçün heç bir hüquqi əsasın olmadığı vurğulanıb.
 
Qarabağın Azərbaycanın rəsmi şəkildə tanınan sərhədləri daxilində olmasının heç bir şübhə doğurmadığı bildirilib.
 
“Avropa və beynəlxalq ictimaiyyət bunu heç vaxt sorğulamayıb və Ukraynadakı müharibə suverenlik və ərazi bütövlüyünün beynəlxalq hüququn onurğa sütunu olmasının önəmini bir daha vurğuladı. Bu baxımdan, Qarabağın Azərbaycana reinteqrasiyasına qarşı çıxmaq üçün heç bir hüquqi əsas yoxdur. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev nə 120 min yerli erməninin bölgəni tərk etməsi, nə də onların başına silah tuşlanması əmrini verib. Bakı silahlarını yerə qoyan və müstəqillik uğrunda siyasi mübarizədən imtina edən bütün Qarabağ ermənilərinə vətəndaşlığın verilməsini təklif edib”, - nəşr yazır.

Baxış sayı: 6905 | Tarix: 03.10.2023
Bizi Telegramda izləyin: @repostaz