Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı (5-li format) görüşündə iştirak etməyəcək.
RePost.Az xəbər verir ki, adıçəkilən görüşdə iştirak edən tərəflərin anti-Azərbaycan mövqeyinə görə belə qərarb qəbul edilib.
SƏBƏBLƏR:
- Fransa və Almaniyanın Türkiyənin görüşdə iştirak etməsinə imkan verməməsi;
- 5-li formatda anti-Azərbaycan ab-havası formalaşması;
- Fransa rəsmilərinin ermənipərəst bəyanatları və Ermənistana silah-sursat veriləcəyi haqda açıqlamalar;
- Aİ Şurasının Prezidenti Şarl Mişelin dünənki Azərbaycanı ittiham edən açıqlaması;
- Bakı regiondan uzaq ölkələrlə regionun problemlərini müzakirə etməyə lüzum görmür.
Aİ-Azərbaycan-Ermənistan üçlü formatı gündəmə gələrsə, Azərbaycan görüşdə iştirak edə bilər.
Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul deyil, Bakı belə platformada iştirak etməyəcək.