Bakı Nəqliyyat Agentliyindən
RePost.Az-a verilən məlumata görə, dəyişikliyə əsasən, H1 (Exspress xətt) 1, 2, 4, 21, 32 və 46 nömrəli marşrut xətləri üzrə avtobuslar təmir işləri bitənə qədər, alternativ olaraq Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi, Afiyəddin Cəlilov küçəsi, Fəzail Bayramov küçəsi və İzzət Orucov küçəsindən keçməklə hərəkət istiqamətinə davam edəcəklər.
Təmir işlərinə axşam saatlarından etibarən başlanılacaq.