Sosial şəbəkələrdə Sankt-Peterburq metrosunda baş verən terror aktı zamanı zərər çəkən azərbaycanlı haqda məlumat yayılıb.
 
RePost.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, gecə ağır xasarətlərlə xəstəxanaya yerləşdirilən azərbaycanlı qız Dilarə Əliyeva həyatını itirib.
 
Xəstəxanaya naməlum xəstə kimi qəbul edilən Dilarənin əvvəlcə 21 yaşlı Tamara Əliyeva olduğu ehtimal olunurdu. Dilarə bir müddət sonra aldığı ağır xəsarətlərdən stosionarda həyatını itirib.
 
RePost.Az

Baxış sayı: 3827 | Tarix: 04.04.2017
Bizi Telegramda izləyin: @repostaz