Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 17-si saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli, qeyri-sabit hava şəraiti davam edir.
 
Xidmətdən verilən xəbərə görə, Sabirabad, Cəfərxan, Biləsuvarda arabir yağış yağıb.
 
Şimal-qərb küləyinin maksimal sürəti arabir Naftalanda 28 m/s, Altıağac, Ağstafada 22 m/s, Şabran, Bərdə, Gəncədə 20 m/s, Tərtər, Ceyrançöldə 18 m/s, Yevlaxda 17 m/s, Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 30-34 m/s-dək güclənib.
 
Neft Daşları stansiyasının verdiyi məlumata əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.
 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18 dərəcəyədək isti, Naxçıvan MR-da 21 dərəcəyədək isti, Aran rayonlarında 25 dərəcəyədək isti, dağlıq rayonlarda 5-10 dərəcə isti olub.

Baxış sayı: 10401 | Tarix: 17.10.2023
Bizi Telegramda izləyin: @repostaz