Həbsdə olan sabiq deputat Nazim Bəydəmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
 
Nərimanov rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Nazim Bəydəmirli barəsində qətimkan tədbiri 3 ay uzadılıb.
 
Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 
Daha sonra isə istintaq orqanı tərəfindən Nazim Bəydəmirli barəsində hədə-qorxu təkrarən tələb etmə (182.2.2-ci) maddəsi ilə yenidən ittiham irəli sürülüb.
 
Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciət edərək N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir.

Baxış sayı: 6696 | Tarix: 01.11.2023
Bizi Telegramda izləyin: @repostaz