Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkeni qəbul edib.
 
Fidan ilə Blinken arasındakı görüşdə Qəzzadakı vəziyyət, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediblər.
 
Qeyd olunub ki, bugünkü görüşdə xarici işlər naziri Fidan amerikalı həmkarı Blinkenə İsrailin Qəzzada insanların köçməyə məcbur edilməsinin qarşısının alınmalı və dərhal atəşkəsin elan edilməli olduğunu vurğulayıb.
 
“Bugünkü görüşdə iki dövlətli həll üçün birgə çalışmağın zəruriliyi də vurğulanıb. Görüşdə xarici işlər naziri Fidan amerikalı həmkarı Blinkenə də Qəzzada mülki hədəflərin bombalanmasının və infrastrukturun məhv edilməsinin qəbuledilməz olduğuna diqqət çəkib”, - deyə mənbə bildirib.

Baxış sayı: 9090 | Tarix: 06.11.2023
Bizi Telegramda izləyin: @repostaz