Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşları 20 faiz artırılıb.
 
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Prezidentin digər Fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 2,1 dəfə artırılıb.
 
Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
 
 
 

Baxış sayı: 5689 | Tarix: 07.11.2023
Bizi Telegramda izləyin: @repostaz