Lənkəran rayonunda zəlzələ baş verib.

RePost.Az
xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Məlumata görə, zəlzələ  aprelin 5-də yerli vaxtla 03:16-da Lənkərandan 27 km şimal-qərbdə, Lənkəran rayonu ərazisində qeydə alınıb.

Zəlzələ maqnitudası 4,3 bal təşkil edib, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 20 km dərinlikdə yerləşib. Qeyd edək ki, zəlzələ ətraf rayonlarda da hiss olunub.

 


Baxış sayı: 3827 | Tarix: 05.04.2017
Bizi Telegramda izləyin: @repostaz