Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılacaq.
 
Bu, Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olan “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” yeni qanun layihəsində əksini tapıb.
 
Layihəyə əsasən, Ağdərə rayonu Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil ediləcək.
 
Layihəyə əsasən, Ağdərə rayonunun inzibati ərazi bölgüsünə aşağıdakı ərazi vahidləri daxil ediləcək:
 
- Ağdam rayonunun Baş Güneypəyə, Xatınbəyli, Məlikli, Qazançı, Orta Güneypəyə, Sırxavənd, Ballıqaya, Bəşirlər, Qaraşlar, Yeni Qaralar;
 
- Kəlbəcər rayonunun Çərəktar, Çıldıran, Dəvədaşı, Mehmana, Dovşanlı, Bazarkənd, Hayad, Heyvalı, Yayıcı, Həsənriz, İmarət Qərvənd, Çapar, Zardaxaç, Kolatağ, Damğalı, Qızılqaya, Yuxarı Ortatağ, Qozlu, Qozlukörpü, Narınclar, Vəngli, Çormanlı, Şahmansurlu kəndləri;
 
- Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsi tərkibindəki Ağdərə şəhəri, Ağabəyyalı, Canyataq, Gülyataq, Çardaqlı, Lüləsaz, Meqrelalay, Çaylı, Suqovuşan, Təpəkənd, Həsənqaya, Çiləbürt, Göyarx, Maralyansarov, Kiçik Qarabəy, Qızıloba, Seysulan, Yarımca, Aşağı Oratağ, Qasapet, Dəmirli kəndləri, Şıxarx qəsəbəsi, Talış kəndi, Ulu Qarabəy, Umudlu və Zəylik kəndləri.
 

Baxış sayı: 6031 | Tarix: 24.11.2023
Bizi Telegramda izləyin: @repostaz