Rusiya və Ermənistan “Yuxarı Lars” keçid məntəqəsindəki vəziyyəti müzakirə edəcək.
 
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.
 
Nazir deyib ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) təcili iclasını çağırıb. İki gün içində baş tutacaq iclasda “Yuxarı Lars” keçid məntəqəsində yaranmış gərginlik ətrafında müzakirələr aparılacaq.
 
Qeyd edək ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Ermənistandan gül və meyvə-tərəvəz məhsullarının bir hissəsinin ölkəyə keçidinə icazə verməyib. Həmin məhsullarda zərərli orqanizmlər və pestisidlər aşkarlanıb.
 
Hazırda Ermənistana aid təxminən 1 700 yük avtomobili “Yuxarı Lars” keçid məntəqəsi vasitəsilə Gürcüstan-Rusiya sərhədindən keçmək üçün gözləyir.

Baxış sayı: 9679 | Tarix: 29.11.2023
Bizi Telegramda izləyin: @repostaz