"8-ci km Ticarət Mərkəzi" MMC ləğv olunduğunu elan edib.
 
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti xəbər yayıb.
 
Qeyd edək ki, "8-ci km Ticarət Mərkəzi" 16.10.2000-ci il tarixində dövlət qeydiyyatından keçib. Onun nizamnamə kapitalı 1,031 milyon manat, qanunu təmsilçisi isə Rufat Məmmədovdur.

Xatırladaq ki, “Nəsimi bazarı” adlanan ərazidə də analoji proses qeydə alınmışdı və daha sonra sökülmüşdü.

Baxış sayı: 9603 | Tarix: 30.11.2023
Bizi Telegramda izləyin: @repostaz