Yeni dərman zavodunun fəaliyyətə başlaması Azərbaycanda daxili bazarda dərman qiymətlərini 15%-ə qədər azalda bilər.
 
Bunu “Gen Pharma Caucasus Manufacturing Operations” şirkətinin rəhbəri Abidin Gülmüş deyib.
O bildirib ki, bu gün Pirallahı Sənaye Parkında təməlqoyma mərasimi keçirilən dərman fabriki birinci fazada fəaliyyətə 2025-ci ilin sonunda başlaya bilər.
 
İkinci fazanı isə 2026-cı ildə yekunlaşdırmağı planlaşdırırıq.
 
Bu müddətdə əsas məqsəd bazarda çatızmazlıq olan dərman məhsullarının istehsalını təmin etməkdir. Sonrakı mərhələdə bazarın tələbinə görə istehsalı davam etdirəcəyik.
 
Dünya Səhiyyə Təşkilatının xüsusi önəm verdiyi 300 adda zəruri dərman məhsulu var. Biz istehsalda mərhələli şəkildə bunu nəzərə alacağıq.
O bildirib ki, ikinci mərhələdə fabrik onkoloji dərmanların da istehsalını həyata keçirəcək. Ümumilikdə illik istehsal gücü 50 min qutu planlaşdırılıb.

Baxış sayı: 11712 | Tarix: 07.12.2023
Bizi Telegramda izləyin: @repostaz