Baş Dövlət Yol Polisi İdarəsi öz qanunsuzluqlarını ört-basdır etmək üçün vətəndaşlara şablon cavablare göndərir. 

Re.Post.Az xəbər verir ki, bu barədə jurnalist Zülfüqar Xeyirxəbər öz Facebook hesabında məlumat paylaşıb. Onun yazdığına görə, dekabrəın 7-də Daxili İşlər Nazirliyinə ünvanladığı mürciətə 3 gün öncədən - dekbarın-4-də cavab hazırlanıb.

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı-Qazax yolunun 29,5-ci km-də quraşdırdığınız radar kimi, cavab məktubunuz da yanlış tərtib olunub. Haradan bilridiz ki, mən DEKABRIN 7-də sizə mürciət ünvanlayacam, siz ona dekabrın 4-də cavab hazırlamısız!? 

Hörmətli Elşad Hacıyev, Rövşən Tağıyev mənim müraciətim  həmin radarın hansısa məmurun mağazasına görə qeyri-qanuni quraşdırılması ilə bağlıdır, mənmim sürət həddini aşmağımla bağlı deyil. Zəhmət olmazsa yaşayış massivində sürət həddinin 90 km/saat olduğu halda qəsəbəni tərk etdikdən, bütün məhdudiyyətlərin ləğv edildiyinə dair nişandan dərhal sonra sürət həddinin 110 km/saata qaytarılmalı olduğu halda niyə 70 km/saata endirildiyini rəsmi məktubunuzla izah edin. Sizin polis kapitanı #ZEYNALOV etiraf edib ki, o ərazidə sürət həddi magistral yolun mühafizə zolağında tikilmiş Qaradağ marketə görə endirilib. Bu səs yazısı məndə də var, sizdə də. 

P.S. Aldığım məlumata görə genral-polkovnik Ramiz Zeynalov yaxın vaxtlarda qeyri-qanuni olaraq zəbt etdiyi kreslosu ilə vidalaşacaq.

Çünki 2023-cü il fevralın 19-da Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-polkovnik Ramiz Zeynalovun 72 yaşı tamam olub. Bu, o deməkdir ki, R.Zeynalov "Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də nəzərdə tutulan son müddətdən 2 ildən çox vaxt keçsə də, hələ dövlət qulluğunda çalışır. Halbuki DİN sistemində Prezident tərəfindən təyin edilən şəxslər istisna olmaqla digər əməkdaşlar tutduğu vəzifədən, rütbəsindən asılı olmayaraq 70 yaşdan artıq xidmət edə bilməzlər. 

Xatırladaq ki, R.Zeynalovun son xidmət müddətinin başa çatmasından 3 ay keçəndən sonra - 2021-ci il mayın 26-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayaraq onun xidmət müddətini 1 il uzadıb. Hazırda bu əmrin müddəti də 2 ildən çoxdur başa çatıb, lakin R.Zeynalov yenə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinin icrasını davam etdirir", - deyə qeyd edilir.

Baxış sayı: 8178 | Tarix: 11.12.2023
Bizi Telegramda izləyin: @repostaz