Ötən gün 47 yeraltı təkan olub.
Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu cür yeraltı təkanların olması enerji boşalması üçün əhəmiyyətlidir:
"Yeraltı təkanlarla bağlı narahat olmağa ehtiyac yoxdur. Elə bir bölgə yoxdur ki, güclü zəlzələ ehtimalı olsun".