Xalq artisti Ramiz Məlik vəfat edib.
 
Bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat verib.
 
O bu gün səhər saatlarında vəfat edib.
 
Mərhumla vida mərasiminin vaxtı və dəfn yeri haqqında məlumat veriləcək. Qeyd edək ki, Ramiz Məlik uzun müddət idi ki, onkoloji xəstəlikdən müalicə olunurdu.
 
Xalq artisti Ramiz Məliklə vida mərasimi Heydər məscidində baş tutacaq.
 
Ard;ndan Xalq artisti II Fəxri xiyabanda dəfn ediləcək.
 
Ramiz Məlik 4 avqust 1943-cü ildə Bakıda anadan olub.
 
1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.
 
1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb.
 
O tamaşaçıların xatirində Həsən Seyidbəylinin ekranlaşdırdığı "O qızı tapın" filimindəki Ziya obrazı ilə daha çox yadda qlıb.

Baxış sayı: 17868 | Tarix: 14.12.2023
Bizi Telegramda izləyin: @repostaz