Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində yeni təyinat olub.
Müvafiq əmrlə Baş DYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, polis kapitanı Toğrul Nəsirli Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi təyin edilib.
Qeyd edək ki, adıçəkilən bölmənin əvvəlki rəisi polis polkovniki Vaqif Əsədov olub. O, yaş həddi ilə əlaqədar daxili işlər orqanlarından təqaüdə göndərilib. İndiyə qədər isə polis mayoru Araz Əsgərli həmin bölmənin rəisi vəzifəsini müvəqqəti icra edib.