Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.
 
Dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.
 
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.

Baxış sayı: 5024 | Tarix: 15.01.2024
Bizi Telegramda izləyin: @repostaz