Binəqədi rayonunda baş verən yanğınla bağlı istintaq hərəkətləri davam edir.
 
Bunu Baş prokuror Kamran Əliyev deyib.
 
O bildirib ki, partlayışda xəsarət alan şəxslərin müalicəsi xəstəxanalarda davam edir.
 
"İş üzrə istintaq qrupu tərəfindən istintaq hərəkətləri aparılır, ekspertizalar təyin edilib", - Kamran Əliyev qeyd edib.
 
Baş prokuror yanğının baş verməsi ilə bağlı bir neçə versiyanın olduğunu diqqətə çatdırıb və əlavə edib ki, həmin versiyalar araşdırılır: “Nəticə olan kimi, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunacaq”.
 
Qeyd edək ki, Bakının Binəqədi rayonunda yerləşən mebel sexində baş verən yanğında 9 nəfər ölüb.

Baxış sayı: 5518 | Tarix: 20.01.2024
Bizi Telegramda izləyin: @repostaz