Digər Xəbərlər
Bu gün səhər təxminən saat 7:50 radılərindən Bakı-Şamaxı yolunda böyük tıxac yaranıb.
RePost.Az-ın hadisə yerində olan əməkdaşının dediyinə görə, tıxac Binəqədi rayonu 28 May qəsəbəsindən başlayaraq üzü Bakı istiqamətində Sulutəpə qəsəbəsinədək uzanır. Bu da haradasa təxminən 10-15 kilometrlik məsafədir. Tıxac 1.5 saata qədər davam edib. İnsanlar avtobuslardan düşərək o qədər məsafəni piyada qət ediblər.