Lənkəranda yarışan avtomobillər əks istiqamətdə hərəkət edən nəqliyyat vasitəsi üçün qəza şəraiti yaradıblar.
Bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev APA - nın cənub bürosuna bildirib ki, həmin görüntülər əsasında dərhal müvafiq araşdırma aparılıb. Nəqliyyat vasitələri müəyyən edilib. Sürücülərdən biri isə artıq saxlanılıb. Qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi təmin ediləcək.
Qeyd edək ki, nəqliyyat vasitələri Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində yarışıblar. Görüntülər də həmin ərazidə qeydə alınıb.