Yetkinlik yaşına çatmayan şəxs A.C valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılıb.
Bu barədə DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. Qeyd olunub ki, valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.
Xatırladaq ki, sosial şəbəkədə yeniyetmənin ictimai asayişi pozmasına dair video görüntülər yayılıb.
Qeyd edək ki, sosial şəbəkələrdə A.C-nin Afyəddin Cəlilovun oğul nəvəsi olduğu haqqında məlumatlar yayılıb. Yeniyetmənin atası iş adamıdır.