Beyləqanda yük avtomobili ilə minik avtomobili toqquşub, 3 nəfər ölüb.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Beyləqan rayonunun İmamverdili kəndi ərazisində, İmişli-Beyləqan avtomobil magistralının üzərində yerləşən körpüdə baş verib. “KamAZ” markalı avtomobil idarəetməni itirərək qarşı yola çıxıb və “VAZ 2105” markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili körpüdən aşaraq Bakı-Horadiz dəmir yolu xəttinin üzərinə düşüb. Nəticədə hər iki sürücü və “VAZ 2105” markalı avtomobildə olan sərnişin hadisə yerində ölüblər.
 
Hazırda yük avtomobilinin dəmir yolu xəttinin üzərindən götürülməsi işləri yerinə yetirilir. Qəza ilə əlaqdar dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb.
 
Faktla bağlı BDYPİ və xətt polisi tərəfindən araşdırma aparılır.

Baxış sayı: 6221 | Tarix: 30.01.2024
Bizi Telegramda izləyin: @repostaz