Ermənistan Müdafiə Nazirliyi ölən hərbçilərin adlarını açıqlayıb: 
 
Arutyunyan Eduard Hamletoviç (1974), 
Manukyan Qaqik Varazdatoviç (1982), 
Ambartsumyan Arsen Qagik (1979), 
Oqanesyan Qraçya Talışeviç (1957)

Xatırladaq ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.
 
Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti yaxşıdır. 

DSX ermənbi təxribatı ilə bağlı qisas əməliyyatı keçirib, erməni postu tamamilə məhv edilib. 

Baxış sayı: 5898 | Tarix: 13.02.2024
Bizi Telegramda izləyin: @repostaz