Daxili İşlər Nazirliyi (DİN) nazirliyin Aparatında vakant olan 3 inspektor-tərcüməçi (sinxron-ingilis dili) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
 
Bu barədə RePost.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
 
Müsabiqədə dövlət ali təhsil müəssisələrində tərcüməçi (sinxron tərcüməçi) ixtisası üzrə magistr dərəcəsi almış, ingilis dilini mükəmməl bilən, tərcüməçi kimi əmək stajına malik, yaşı 30-dək, həqiqi hərbi xidmət müddətini tam başa vuran (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmayan, boyu 165 santimetr və yuxarı (qadınlar üçün 160 santimetr və yuxarı) olan, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunan şərtlərə cavab verən Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
 
Müsabiqədə iştirak etməki stəyən şəxslər 2017-ci ilin aprel ayının 5-dən may ayının 5 dək http://www.mia.gov.az/index.php?/az/content/29875/ ünvanın da yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.azünvanına- DİN-in Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
 
Elektron ərizənin DİN-in Baş Kadrla İdarəsində qeydiyyata götürülməsi barədə elektron poçt vasitəsi ilə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilərkən Baş Kadrlar İdarəsinə aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
 
- şəxsiyyət vəsiqəsi;
 
- ali təhsil haqqında diplom;
 
- hərbi bilet (kişilər üçün);
 
- əmək kitabçası (olanlar üçün).
 
Müsabiqənin qalibləri müvafiq xüsusi rütbə verilməklə DİN-in kadrları tərkibinə daxil ediləcək və onların qanuvericilikdə müəyyən olunan qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaq.
 
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012)-590-93-64;
(012)-590-93-27.
 
RePost.Az

Baxış sayı: 4435 | Tarix: 08.04.2017
Bizi Telegramda izləyin: @repostaz