Bu gün Milli Şura keçmiş “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.
RePost.Az-ın APA-ya istinadən xəbərinə görə, mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin sədri İlham Hüseyn, AXCP sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nürəddin Məmmədli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli, Milli Şuranın sədri Cəmin Həsənli çıxış ediblər.
Sonda mitinqin qətnaməsi oxunub.
Aksiyanın təhlükəsizliyinin təmin olunması üçün əraziyə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb edilib. Aksiya insidentsiz başa çatıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmtindən yayılna açqlamaya görə, mitinqdə 1500 nəfərə yaxın vətəndaş iştirak edib.
RePost.Az