Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün vaxtı və yeri açıqlanıb.
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan deyib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun növbəti görüşü 28-29 fevral tarixlərində Berlində keçiriləcək.
Görüş Münxendə üçtərəfli görüş zamanı əldə olunmuş razılaşma əsasında baş tutacaq.