COP29 dünya ölkələrinin yekdil qərarı ilə Bakıda keçiriləcək.
 
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.
 
Sədr bildirib ki, dünyada baş verən qlobal iqlim dəyişikliklərinin su ehtiyatlarına mənfi təsiri getdikcə artmaqdadır: “Azərbaycan su ehtiyatları olduqca məhdud ölkədir. 30 milyard kub metr yerüstü su ehtiyatımız var. Son baş verən iqlim dəyişikliklərindən sonra bu ehtiyatlarımız kəskin azalıb, 2022-ci ildə cəmi 17 milyard təşkil edib. Bunun da 4,8 milyard kub metri daxildə formalaşıb, qalanı isə qonşu ölkələrdən daxil olub. Yeni su mənbələrinin yaradılması tələb olunur. Tullantı su təchizatlarının yaxşılaşdırılması bizim siyasətin prioritet istiqamətlərindəndir”.

Baxış sayı: 8292 | Tarix: 28.02.2024
Bizi Telegramda izləyin: @repostaz