III Respublika Platformasının spikeri Akif Qurbanova barəsində cinayət işi başlanılıb.
Bu barədə onun vəkili Şəhla Hümmətova məlumat yayıb
O bildirib ki, Akif Qurbanova qarşı Cinayət Məcəlləsinin 206.3.2 - qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, maddəsi ilə cinayət işi açılıb.
"Toplum TV"nin əməkdaşı Fərid İsmayilov barəsində də cinayət işi başlanılıb.
Vəkili Zibeydə Sadıqova bildirib ki, Fərid İsmayılov barəsində də Cinayət Məcəlləsinin 206.3.2 -ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, bu gün "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
Nazirlikdən bildirilib ki, bir neçə ünvanda əməliyyat-axtarış tədbirləri keçirilib.