Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı bina uçmaq təhlükəsi qarşısındadır.
 
RePost.Az bildirir ki, "Energetika" pansionatı adlanan bina artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən boşaldılıb, bina sakinləri təxliyə edilib.
 
Məcburi köçkünlərdən yaşamaq üçün başqa yeri olmayanlar üçün binanın həyətində 70-yə yaxın çadırlar qurulub.
 
Çadırlar hər cür şəraitlə təmin edilib, ərazi olaraq FHN əməkdaşlarının nəzarətinə götürülüb. /xezerxeber.az
 
RePost.Az
 

Baxış sayı: 4530 | Tarix: 10.04.2017
Bizi Telegramda izləyin: @repostaz