UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
 
Apasport.az xəbər verir ki, "Qarabağ" Almaniyada "Bayer"in qonağı olub.
 
"Bay Arena"da keçirilən matç Bakı vaxtı ilə saat 00:00-da başlayıb. Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edib.
 
"Qarabağ" 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
 
UEFA Avropa Liqası
 
1/8 final mərhələsi, cavab oyunu
 
14 mart
 
00:00. "Bayer 04" (Almaniya) - "Qarabağ" (Azərbaycan) 3:2
 
Qollar: Ceremi Frimponq, 72, Patrik Şik, 90+3, 90+7 - Abdullah Zubir, 59, Olavio Juninyo, 68
 
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 63
 
Hakimlər: Entoni Teylor, Qari Besuik, Adam Nann Endryu Medli (İngiltərə)
 
"Bay Arena".
 
İlk oyun - 2:2.

Baxış sayı: 11066 | Tarix: 15.03.2024
Bizi Telegramda izləyin: @repostaz