Bu gün Real TV-nin fəaliyyətə başlamasından 6 il ötür.
 
“Real Təhlil İnformasiya Mərkəzi” MMC 15 mart 2018-ci ildə fəaliyyətə başlayıb.
 
Real TV uğurlu eksklüziv xəbər və müsahibələr yayımlayır.
 
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2018-ci il martın 5-də keçirilən iclasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. “Real” TV-nin baş direktoru tanınmış telejurnalist Mir Şahin Ağayevdir.
 
Real TV-də çalışan həmkarlarımızı təbrik edir, onlara uğurlar arzulayırıq!

Baxış sayı: 6012 | Tarix: 15.03.2024
Bizi Telegramda izləyin: @repostaz