Dünən axşamdan etibarən Azərbaycanın bir sıra dağlıq rayonlarına, eləcə də Quba və Qusarın bir neçə dağ kəndinə güclü qar yağmağa başlayıb.

RePost.Az sputnik-ə istinadən xəbər verir ki, Quba rayonunun Xınalıq kəndi, Qusarın Şahdağı ağ örpəyə bürünüb. Kənd sakinlərinin sözlərinə görə, qarın yağması ilə əlaqədar olaraq, rayon ərazisində temperatur əhəmiyyətli dərəcədə aşağı düşüb. Sakinlər güclü qar səbəbindən kəndlərə verilən elektrik enerjisinin tez-tez kəsildiyini bildiriblər.

"İşıqlarımız tez-tez sönür. Hava çox soyuyub. Kənd təsərrüfatına ziyan dəyib. İnternet bağlantısı kəsilib. Ətraf bölgələrlə əlaqə saxlaya bilmirik", - deyə sakinlər vurğulayıblar.

Saytın əldə etdiyi məlumata görə, bölgəyə o qədər qar yağıb ki, kəndlərdən rayon mərkəzinə aparan yollar bağlanıb, rayonun özünə belə, gediş-gəlişdə problem yaranıb. Hazırda sözügedən ərazilərdə qarın qalınlığı 10-30 santimetrdir. Həmçinin, güclü külək əsir.


Baxış sayı: 4625 | Tarix: 11.04.2017
Bizi Telegramda izləyin: @repostaz