Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyənin səs-küy doğuran "Fi" serialında rol alıb.
 
RePost.Az xəbər verir ki, o, serialın ikinci hissəsində Məmməd Günsürün canlandırdığı xarakterin keçmiş sevgilisi rolunu oynayacaq. 
 
Bundan başqa, aktrisa İtaliya istehsalı olan filmdə də çəkilməyə hazırlaşır. Filmin çəkilişləri yaxın zamanda başlayacaq. Rus, ingilis, azərbaycan və türk dillərini bilən aktrisa, bu serial çəkilişləri üçün italyan dili kurslarına başlayıb. 
 
Qeyd edək ki, Serenay Sarıkayanın "Fi" serialında sevişmə səhnəsi bu filmə marağı və diqqət çəkməyi bacarıb.
 
RePost.Az

Baxış sayı: 4454 | Tarix: 11.04.2017
Bizi Telegramda izləyin: @repostaz