Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
 
Mühərrikinin silindrlərinin işçi həcmi 50 sm3-dən çox olmayan porşenli daxiliyanma mühərrikli motosikllər (konstruksiyası ilə (və ya texniki göstəriciləri ilə) müəyyən olunan maksimal sürəti saatda 50 km-dən çox olan və digərləri) üçün idxal gömrük rüsumu 15 faiz olacaq.
 
Maksimal sürəti saatda 50 km-dən çox olan elektrik mühərrikli velosipedlər üçün də 15 faiz idxal gömrük rüsumu müəyyənləşib.
 
Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Baxış sayı: 13365 | Tarix: 18.04.2024
Bizi Telegramda izləyin: @repostaz