Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin toplantısı çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") ilə Özbəkistanın Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyi (Uzbekkosmos) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
 
Bu barədə Agentlikdən bildirilib.
 
Məlumata görə, müqavilədə Azərbaycan və Özbəkistan arasında kosmik sahədə fəaliyyətlərin genişləndirilməsi nəzərdə tutulub.
 
Xatırladaq ki, ötən gün Ankarada Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı işə başlayıb.

Baxış sayı: 11066 | Tarix: 25.04.2024
Bizi Telegramda izləyin: @repostaz