Sürücülər Sumqayıtdan çəkilən alternativ yolla Bakı ətrafı qəsəbə və kəndlərə, eləcə də hava limanına rahat gedə biləcəklər. Nəticədə paytaxtda həm avtomobillərin sıxlığı azalacaq, həm də sürücülər az məsafə qət edəcəklər. 
 
RePost.Az Xəzər TV-yə istinadən məlumat verir ki, bu məqsədlə Abşeron yarımadasının şimal hissəsində yeni yol çəkilir. Söhbət Novxanı-Pirşağı avtomobil yolundan gedir. Layihəyə görə, yol 2 zolaqlı olacaq.Hazırda yolun geniş ərazisində asfaltlanma və piyada səkilərinin tikintisi işləri aparılır. Ümumilikdə 115 min kvadratmetr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, yol boyu 50 min paqon-metr səki daşının düzülməsi nəzərdə tutulub. Tikinti işləri bitdikdən sonra ərazidə yol nişanları quraşdırılacaq, nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
 
"Azəravtoyol" Açıq Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, bu il istifadəyə verilməsi nəzərdə tutulan yolun çəkilməsi paytaxtda sıxlığın azalmasına və sürücülərin daha az məsafə qət etmələrinə səbəb olacaq.
 
RePost.Az
 

Baxış sayı: 4226 | Tarix: 12.04.2017
Bizi Telegramda izləyin: @repostaz