Sabah ölkə ərazisində 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.

Bu barədə RePost.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.


Baxış sayı: 3770 | Tarix: 09.05.2024
Bizi Telegramda izləyin: @repostaz